Sotomayor finalda italiyalı ilə döyüşəcək
25 iyun 2015 16:15
Avropa Oyunlarında üç inamlı qələbə sayəsində yarımfinala yüksələn Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor bu mərhələdə Ukrayna təmsilçisi ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, millimizin üzvü Viktor Petrovla görüşdə elə bir çətinlik çəkmədi - 3:0.
Artıq finala vəsiqə qazanan Sotomayor həlledici qarşılaşmada italiyalı Vinçenzo Manqiakapre ilə üz-üzə gələcək. İtaliya boksçusu London Olimpiadasının bürünc mükafatçısı olub. Qarşılaşma sabah keçiriləcək.