Azərbaycan Ukraynaya uduzdu
24 iyun 2015 22:00
Bu gün Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması açılış matçında Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşma yığma komandamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millimizin yer aldığı "A" qrupundakı digər oyunda isə Portuqaliya İsveçrəyə 6:5 hesabıyla qalib gəlib.