Teymur Məmmədov Avropa Oyunlarının finalında!
24 iyun 2015 20:40
Avropa Oyunlarında boks üzrə yarımfinal görüşlərinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvlərindən daha biri finala çıxmaq uğrunda döyüşə çıxıb.
Bu, 81 kq çəkidə yarışan Teymur Məmmədov olub. O, Rusiya təmsilçisi Pavel Silyaginlə qarşılaşıb. Boksçumuz çətin görüşdə rəqibini məğlub edərək, finala yüksəlib.
Qeyd edək ki, Teymurdan öncə Tayfur Əliyev (56 kq) yarımfinal görüşündə uduzaraq, Avropa Oyunlarını bürünc medalla başa vurmuşdu.