Tayfur Əliyev finala çıxa bilməsə də, bürünc medal qazandı
24 iyun 2015 19:50
Avropa Oyunlarında boks üzrə yarımfinal görüşlərinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvlərindən finala çıxmaq uğrunda ilk döyüşə Tayfur Əliyev çıxıb.
56 kq çəkidə yarışan təmsilçimizin rəqibi rusiyalı Baxtovar Nəzirov olub. Amma boksçumuz məğlub olaraq, finala çıxa bilməyib.
Nəticədə, Tayfur Avropa Oyunlarını bürünc medalla başa vurmalı olub.