Azərbaycanın 11 boksçusu yarımfinalda!
24 iyun 2015 14:15
Bu gün Avropa Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Xaybulla Musalov 1/4 final döyüşünə çıxıb.
O, Belarus boksçusu Vitali Bondarenko ilə qarşılaşıb. 3:0 hesabıyla qalib gələn təmsilçimiz yarımfinala yüksəlib.
Qeyd edək ki, Musalov Avropa Oyunlarında yarımfinala yüksələn Azərbaycanın 11-ci boksçusudur. Beləcə, ölkəmiz ən azı 11 bürünc medalı təmin edib. Amma idmançılarımız uğurlu çıxışını davam etdirməklə bu medalları gümüş və qızıla da çevirmək şanslarını saxlayırlar.