Alekseyeva da yarımfinala yüksəldi
24 iyun 2015 13:00
Bu gün Avropa Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Yana Alekseyeva 1/4 final döyüşünə çıxıb.
O, Rusiya boksçusu Zinaida Dobrınina ilə qarşılaşıb. 3:0 hesabıyla qalib gələn təmsilçimiz yarımfinala yüksəlib.