Yığmamız Londona vəsiqə qazana bilmədi
5 may 2012 13:16
Azərbaycan qadın otüstü hokkey yığması London-2012-yə lisenziya qazana bilməyib. Azerisport.az xəbər verir ki, yığmamız Yaponiyanın Kakamiqahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının Təsnifat Turnirinin final matçında meydan sahibləri ilə üz-üzə gəlib.
Lakin Yaponiyaya qrup mərhələsində də məğlub olan yığmamız yenə eyni uğursuzluğu yaşayıb. Qeyd edək ki, yaponlar qrup mərhələsində millimizə 4:1 hesabı ilə qalib gəlmişdilər. Bu dəfə isə bir qol artıq vuran yaponlar Olimpiadaya yeganə vəsiqəyə sahib çıxıblar.
Yığmamızın heyətində yeganə qolu Xatirə Əliyeva rəqib qapısından keçirib.
Yaponiya - Azərbaycan - 5:1