Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Yığmamız AÇ-da ilk qələbəsini qazandı

24 iyul 2014 12:55

Azərbaycanın  21 yaşadək oğlan otüstü hokkeyçilərdən ibarət seçmə komandası Çexiya Respublikasının Hrades Kralove şəhərində keçirilən Avropa çempionatında dünən 3-ü turda Litva hokkeyçiləri ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb. Azerisport.az xəbər verir ki, ilk 2 turda Çexiya və Türkiyə hokkeyçilərinə müvafiq olaraq 1:4 və 1:3 hesabı ilə məğlub olan yığmamız dünən Litva təmsilçiləri ilə görüşdə kifayət qədər  üstün tərəf olsa da, qələbə yalnız 1 top üstünlüklə ifadə olunub.

Matçın 24-cü dəqiqəsində komandamızın kapitanı Kənan Şirinov çoxsaylı qol imkanlarının birindən istifadə edərək hesabı açıb.Tərəflər fasiləyə elə hokkeyçilərimizin 1:0 hesablı üstünlüyü ilə yollanıblar. İkinci hissə də həmyerlilərimiz üstün oyun nümayiş etdirərək 47-ci dəqiqədə hesabı 2:0-a çatdırıblar. Bu dəfə  də Kənan Şirinov fərqlənib. Lakin 3 dəqiqə keçmiş litvalılar hesab arasındakı fərqi yenə də 1 topa endiriblər. Sona 2 dəqiqə qalmış Anar Abdullayev yenidən komandamızın hesabda 2 top fərqlə irəlidə olmasına şərait yaradıb. Amma sonuncu dəqiqədə Litva hokkeyçiləri daha bir qol vuraraq matçın 3:2 hesablı qələbəsini rəsmləşdiriblər.

Dünən III tur çərçivəsində keçirilən digər 2 oyun belə nəticələnib:              

Türkiyə - Slovakiya – 1:2 (1:1) 
Çexiya – Cəbəllütariq – 4:3 (3:0)

Beləliklə, keçirdikləri 3 oyunun hamısını qələbə ilə başa vuran Çexiya hokkeyçiləri 9 xalla    vahid liderdirlər. Rəqibindən 2 xal geri qalan Türkiyə komandası II yerdədir. Aktivində 4 xalı olan Slovakiya yığması III pilləni tutur. Azərbaycan idmançıları 3 xalla hələlik 4-cü yerdə qərarlaşıb. 2 oyunu heç-heçə və 1-ni məğlubiyyətlə başa vuran Cəbəllütariq təmsilçiləri V sıradadırlar. İlk 3 oyunda məğlub olan Litva komandası cədvəldə sonuncudur.

Bu gün yarış iştirakçıları istirahət edir. Sabah IV tur çərçivəsində   Azərbaycan yığması Slovakiya təmsilçiləri ilə qarşılaşacaq. Nəhayət, qitə çempionatının sonuncu günü - iyulun 26-da seçmə komandamız Cəbəllütariq hokkeyçilərini sınağa çəkəcək. 

Xatırladırıq ki, bu yarışda  ilk 2 yeri tutan komanda Avropa çempionatının II divizionuna vəsiqə qazanacaq. (AOHF)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah