Fotoreportaj|Video|На русском

Otüstü hokkey

Kişi və qadın hokkeyçilərimiz AÇ-dən mükafatsız qayıtdılar

27 iyul 2015 12:15

İyulun 18-dən Çexiya Respublikasının paytaxtı Praqa  şəhərində qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaların iştirakı ilə start götürən Avropa çempionatının “Trofi” yarışları şənbə və bazar günləri başa çatıb. Azerisport.az xəbər verir ki, şənbə günü qadınların, bazar günü isə kişilərin mübarizəsinə yekun vurulub. 

Təəssüf ki, Avropa çempionatı millilərimiz üçün o qədər də uğurlu alınmayıb. Qarşıya  finala çıxaraq yüksək dəstəyə vəsiqə qazanmaq vəzifəsi qoyulsa da, komandalarımız heç bir təlim-məşq toplanışında və yoldaşlıq görüşündə iştirak etmədən bu şərəfli işin öhdəsindən gələ bilməyiblər. Ancaq ədalət naminə qeyd etməliyik ki, hokkeyçilərimiz bu istəyə çox yaxın olublar.

Kişilərdən fərqli olaraq, qadın hokkeyçilərimiz finala çıxa bilərdilər. “B” qrupunun qalibi  olan (Avstriya və Uels yığmaları üzərində  qələbə və belaruslarla  heç-heçə) Azərbaycan millisi yarımfinal görüşündə digər qrupda 2-ci yeri tutan Çexiya komandası ilə qarşılaşıb. Hakimlərin əməyi sayəsində oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu qələbədən sonra finala çıxan çexlər həm də növbəti mövsüm Avropa çempionatının 8 ən güclü komandası ilə birgə yarışmaq hüququ qazanıb. Digər finalçı “A”qrupunun qalibi İrlandiya və “B” qrupunda 2-ci yeri tutan Belarus yığmaları arasında keçirilən yarımfinal oyununda aşkar olunub. İrlandiya təmsilçiləri 4:0 hesabı ilə qalib gələrək yenidən qitənin ən güclüləri sırasına qayıdıblar. Şənbə günü həmyerlilərimiz qitə çempionatının III yeri uğrunda Belarus komandası ilə görüşərək 2:4 hesabı ilə uduzublar. (Bu komandalar qrup mərhələsində də qarşılaşmışdılar və oyun 4:4 hesabı ilə nəticələnmişdi). Həmin matçdan sonra elə bir prinsipial xarakter daşımayan finalda İrlandiya və Çex Respublikasının hokkeyçiləri görüşüb. İrlandiya təmsilçiləri son oyunda da 5:0 hesabı ilə qələbə qazanıblar. Şənbə günü V-VIII yerlər uğrunda mübarizə aparan komandalar da son pley-off oyunlarını keçiriblər. Nəticələr belədir: 3A Fransa – Avstriya 4B – 0:3, Uels 3B – 4A Ukrayna 2:0.         

Beləliklə, qadınların yarışında bütün görüşlərini qələbə ilə başa vuran İrlandiya və finalda rəqibinə böyük hesabla məğlub olaraq II yeri tutan Çexiya milli komandaları 2 ildən bir keçirilən Avropa çempionatının yüksək divizionuna vəsiqə qazanıblar. Belarus hokkeyçiləri III, Azərbaycan yığması IV, Uels təmsilçiləri V, Fransa komandası VI, avstriyalılar isə VII yeri tutmaqla “Trofi” divizionunda yerlərini mühafizə ediblər. Ukraynanın qadın hokkeyçiləri isə səkkizinci nəticə göstərərək növbəti mövsümdən “Çelenc” divizionunda oynamaq məcburiyyətində qalıblar.

Qadın otüstü hokkeyçilərimizdən fərqli olaraq, kişilərin yarışında Azərbaycanın milli komandası yarımfinala düşə bilməyib və yekunda V-VIII yerlər uğrunda mübarizə aparıb. İlkin mərhələdə “B” qrupuna daxil olan hokkeyçilərimiz startda Çexiya millisinə 0:2 hesabı ilə uduzub, ardınca həmin hesabla İsveçrə  yığmasını məğlub edib və son qrup oyununda Avstriya təmsilçiləri ilə heç-heçə (1:1) oynayaraq 50 faizli nəticə ilə Avstriya və Çexiya komandalarından sonra III yeri tutublar. Pley-offda digər qrupun üçüncüsü olan Ukrayna millisinə 5:2 hesabı ilə qalib gələn həmyerlilərimiz demək olar ki, 5-ci yeri özlərinə təmin ediblər. Digər qrupda IV nəticə göstərən xorvatlarla bazar günü keçirilən görüşdə isə komandamız ilk yarıda 2:1 hesabı ilə irəlidə olsalar da, yekunda cari çempionatda dünənə qədər keçirdiyi bütün oyunlarda məğlib olan Xorvatiya yığmasına 3:4 hesabı ilə uduzub. Yekunda gələn mövsümdən qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ qazanan Polşa və Avstriya hokkeyçiləri finalda  görüşüb və polşalılar 3:1 hesabı ilə qalib gəliblər. III yer uğrunda qarşılaşan Şotlandiya və Çexiya Respublikası komandalarının görüşündə meydan sahibləri 1:5 hesabı ilə uduzublar. Azərbaycan təmsilçiləri 5-ci və ukraynalılar 6-cı yerləri tutmaqla “Trofi” divizionundakı yerlərini qoruya biliblər. Bu yarışda uğursuz çıxış edən İsveçrə və Xorvatiya komandaları VII-VIII yerləri tutaraq 2017-ci ildə qitə çempionatının “Çelenc” yarışlarında iştirak edəcəklər.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah