Hokkeyçi qızlarımız AÇ-yə qələbə ilə başladılar
Belarus Respublikasının paytaxtı Minsk şəhərində qadın otüstü hokkeyçilər arasında Avropa Klub Çempionatının "Trofi" divizyonunda ilk tur start götürüb. Azerisport.az xəbər verir ki, qızlarımız ilk görüçdə Ukraynanın "Sumçanka" komandası üzərində 2:1 hesablı qələbə qazanıblar.
Matçın 27-ci dəqiqəsində Anastasiya Tsıqanskanın vurduğu yeganə qol ilk hissənin yekun hesabını müəyyənləşdirib. İkinci yarıda Lyubov Drujinina "Atasport"un üstünlüyünü 2 topa çatdırıb. Lakin ikinci top vurulandan 1 dəqiqə sonra - 42-ci dəqiqədə Ukrayna hokkeyçiləri hesab arasındakı fərqi minimuma endirməyi bacarıblar. Qalan vaxt ərzində rəqiblərdən heç biri fərqlənə bilməyib və oyun "Atasport" klubunun 2:1 hesablı qələbəsini rəsmləşdirib.
Bu gün "B" qrupuna daxil olan həmyerlilərimiz ikinci tur çərçivəsində İrlandiyanın "Pembroke Vandeders" komandası ilə qarşılaçaq. Bu gün ilk oyun günü irlandiyalı hokkeyçilər Belçikanın "Royal Vellington" klubuna 0:3 hesabı ilə uduzub.
Mayın 23-də "Atasport" son qrup oyununu Belçika tımsilçilərinə qarşı keçirəcək. Bir gün sonra isə "A" və "B" qruplarında müvafiq yerləri tutanlar Pley-OFFda qarşılaşaraq yekun yerləri müəyyənləçdirəcəklər.
Onu da xatırladırıq ki, "Trofi" divizionunda ilk 2 yeri tutan iştirakçı yüksək dəstəyə vəsiqə qazanacaq.