Yığmamız Avstriyanı darmadağın edib, lider oldu (YENİLƏNİB)
29 aprel 2012 14:03
Bu gün Yaponiyanın Kakamiqahara şəhərində qadınlar arasında otüstü xokkey üzrə olimpiya lisenziyalı turnirin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, yarışın üçüncü oyun günündə Azərbaycan yığması Avstriya ilə üz-üzə gəlib.
Adil Paşayevin yetirmələri Malayziya və Belarusla oyunlarda qazanılan qələbələrin davamını bu görüşdə də gətirməyi bacarıb. Millimizin bu dəfəki rəqibi ilk iki görüşündə məğlubiyyətlə üzləşmişdi. Elə komandamızla görüş də avstriyalılar üçün uğursuz alınıb. Yığmamız darmadağına sevinib.
Bu gün həm də Çili – Yaponiya ilə görüşüb. Yaponlar bu dəfə qələbə qazana bilməyiblər. Nəticədə, yığmamız liderliyi ələ keçirib.
Xatırladaq ki, olimpiadaya vəsiqəni yarışın qalibi qazanacaq.
Çili – Yaponiya - 0:0
Azərbaycan – Avstriya - 5:0
14:30. Belarus – Malayziya
Azərbaycan
|
3
|
3
|
0
|
0
|
12-0
|
9
|
Yaponiya
|
3
|
2
|
1
|
0
|
15-0
|
7
|
Çili
|
3
|
1
|
1
|
1
|
4-3
|
4
|
Belarus
|
2
|
1
|
0
|
1
|
3-4
|
3
|
Avstriya
|
3
|
0
|
0
|
3
|
0-10
|
1
|
Malayziya
|
2
|
0
|
0
|
2
|
0-12
|
0
|