Bakıya 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi gəlir
11 noyabr 2016 12:00
Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Azerisport.az xəbər verir ki, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.