Rövşən İsmayılxanlı DÇ-də gümüş medal qazandı
6 oktyabr 2016 12:00
Finlandiyanın Seynyajoki şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə növbəti dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışlarda ən çox qələbə qazanan idmançı qalib elan olunurdu.
Yarışlarda 44 ölkədən 250 güləşçi 7 dəst mükafat uğrunda mübarizə aparıb. Ölkəmizi Əlisahib Əliabbasov (76 kq), Məmməd Əliyev (85 kq) və Rövşən İsmayılxanlı (130 kq) təmsil edib.
130 kq-da mübarizə aparan Rövşən İsmayılxanlı yer aldığı D qrupunda gümüş medal qazanıb.
Qeyd edək ki, Rövşən İsmayılxanlı bundan əvvəlki çempionatlarda iki dəfə bürünc medal qazanmışdı.