Güləşçilərimiz DÇ-də mübarizəyə başlayır
30 avqust 2016 10:45
Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparır.
50 kq
1/8 final - Ziyad Zeynalov - Sergey Simonyan (ARM) (C xalçası)
60 kq
1/16 final - Kaiven Bai (CHN) - Mikayıl Rəhmanov (C xalçası)
74 kq
1/16 final - Temuri Tçkuaselidze (GEO) - Zubair Dibirov (B xalçası)
96 kq
1/8 final - Vjekoslav Luburic (CRO) - Nizami Şəmilov (C xalçası)
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri 21:30-da başlayacaq.