AÇ-nin dördüncü yarış günü güləşçilərimiz üçün uğurlu olmadı
23 iyul 2016 00:40
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar mübarizə aparıb.
Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunub. Təəssüf ki, hər iki təmsilçimiz uğurlu çıxış edə bilməyib.
40 kq
Təsəlliverici görüş - Nastassia Kurişta (BLR) - Ayşən Yusifova 2:0
1/4 final - Ayşən Yusifova - Roksana Aleksandra Tif (ROM) 2:5
1/8 final - Ayşən Yusifova - Tatsiana Blinkuskaya (BLR) 13:4
46 kq
1/16 final - Sevinc Əhədova - Emma Malmgren (SWE) 0:6