Azərbaycan millisi 5 qızıl, 2 gümüşlə birinci oldu
9 iyul 2011 12:23
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, turnirin birinci günündə sərbəst güləşçilər mübarizə aparıblar.
Yığmamız ümumilikdə 5 qızıl, 2 gümüş və 3 bürünc qazanmaqla komanda hesabında birinci yeri tutub. Qızıl medalları Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Xetaq Qazyumov (96 kq) qazanıb. Gümüş medallar Ağahüseyn Mustafayev (60 kq) və Əşrəf Əliyevin (74 kq), bürünc medallar isə Toğrul Əsgərov (60 kq), Aleksandr Qostiyev (74 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) adına yazılıb.
Beynəlxalq turnirin final mərhələsinin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulacaq. Püşkatmanın nəticələrinə görə güləşçilərimizin rəqibləri aşağıdakılardı.
48 kq
1/4 final – Mariya Stadnik – Yana Stadnik (GBR)
51 kq
1/8 final – Anjela Doroqan – Natalia Budu (MDA)
55 kq
1/8 final – Yuliya Ratkeviç – İrina Kisel (RUS)
59 kq
1/4 final – Sona Əhmədli – Katerna Melnikova (RUS)
1/4 final – Olesya Zamula – Ganna Vasylenko (UKR)
63 kq
1/8 final – Gözəl Zutova – Maryana Kvyatkovska (UKR)
1/4 final – Anna Belyayeva – Natalia Smirnova (RUS)
67 kq
1/4 final – Nataliya Palamarçuk – Yuliya Bartnovskaya (RUS)
1/4 final – Zümrüd Qurbanhacıyeva – Anna Savenia (BLR)
72 kq
1/8 final – Dina İvanova – Katerina Burmistrova (UKR)
1/8 final – Nadya Sementsova - Anna Jenny Eva Maria Fransson (SWE)
Final görüşləri isə saat 18.00-da başlayacaq. Yarışlara giriş pulsuzdu.