Ziya Əzizovun Hollandiyada növbəti qolu
4 dekabr 2016 15:00

Hollandiyanın 2-ci liqasında forma geyinən həmyerlimiz Ziya Əzizov yenidən diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, “Den Boş”un üzvü növbəti qoluna imza atıb.
O, “Dordrext”lə 2:2 hesabı ilə başa çatan görüşdə komandasının qollarından birinin müəllifi olub.