Ağayev Kipr - Cəbəllütariq matçında qırmızı vərəqə göstərdi
14 noyabr 2016 00:05

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələ oyununu idarə edib. Azerisport.az xəbər verir ki, o, H qrupu çərçivəsində baş tutan Kipr - Cəbəllütariq matçında ədaləti qoruyub.
Oyun 3:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Gənc referimiz 80-ci dəqiqədə qonaqların futbolçusuna ikinci sarı vərəqəni göstərərək meydandan qovub. Meydan sahiblərindən isə iki oyunçuya sarı vərəqə göstərilib.
Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
<iframe src="//vk.com/video_ext.php?oid=-36461274&id=456243622&hash=37fcc5c985811500&hd=1" width="480" height="300" frameborder="0" allowfullscreen></iframe>