Katalin Tira: İnanıram ki, Zirəyə qalib gələcəyik
15 oktyabr 2016 00:10

"Neftçi” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.
Hazırlıq prosesindən sonra komandanın hücumçusu Katalin Tira Neftçi TV-yə açıqlama verib:
"Ötən mövsüm "Neftçi”də olmasam da, xəbərim var ki, "Zirə”ni məğlub edə bilməmişik. Bununla belə, oyuna çox yaxşı hazırlaşmışıq. Həm psixoloji, həm də fiziki cəhətdən tam hazırıq. İnanıram ki, qalib gələcəyik və hamımız bu qələbəyə sevinəcəyik”.
Xatırladaq ki, "Zirə” – "Neftçi” oyunu oktyabrın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və saat 18:30-da başlanacaq.