Fotoreportaj|Video|На русском

Topaz

Xarici bukmeker kontorlarının yalanı

4 aprel 2022 19:19
Azərbaycanda xarici bukmeker kontorlarının fəaliyyəti qadağandı. 2021-ci il dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir.
Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə belə oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Bura oyunların təşkili və ya bilet satışı, oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.
Əslində, daha öncədən də bu barədə qadağalar var idi, amma müxtəlif vasitələrlə qanunlar pozulur, vətəndaşlar xarici bukmeker kontorlarında oynamağa davam edirdi. “Telekommunikasiya haqqında” Qanuna son düzəlişdən sonra nəzarət daha da güclənib.
Ölkədə mərc oyunlarını təşkil edən qurumlar var və onlar mərc həvəskarlarına yaxşı xidmət göstərir. Uduşlar vaxtında, heç bir problem yaradılmadan ödənilir. Amma bəzi vətəndaşlar var ki, xarici bukmeker kontorlarına üz tutur, haqsızlıqla üzləşəndə dərini deməyə heç kimi tapmır, hətta uduşlarını da ala bilmir. Yalnız uduşlarını ala bilmədikdən sonra yanlış yolda olduqlarını anlayırlar.
Sözügedən saytların hər hansı ofisi, rəsmi nümayəndəliyi yoxdu, bu səbəbdən cərimələrdən yaxa qurtarırlar. Onlar ofşor zonalarda saxta şirkətlər yaradır və böyük təbliğat mexanizmi, reklamlarla digər ölkələrin bazarına daxil olub qanunsuz fəaliyyət göstərir, insanların pulunu talayırlar. Həmin saytlarla birbaşa əlaqəyə girmək üçün vasitə yoxdu, olduqda isə heç zaman problemin həllinə nail olmaq baş tutmur.
Belə saytlar vergidən, müxtəlif xərclərdən qaça bildiyi üçün qanuni mərc saytları ilə müqayisədə daha yüksək, cəlbedici əmsallar təklif edirlər. Belədə vətəndaşları tora salmaq asanlaşır. Amma böyük uduşlar olanda onlara əl çatmır, kimsə də haqqını tələb edə bilmir. Hesablar blok olunur, və ya müxtəlif bəhanələrlə ödənişlərin verilməsi “unudulur”.
Aldadılmış müştərilərin sosial şəbəkələrdə etdiyi “üsyanlar”dan bir neçə nümunəni təqdim edirik. Məsələn, bir nəfər yazır: “1xBetdə 500 AZN depozit edilmiş hesab idi. Bir neçə dəfə xahiş etdikdən sonra çıxarışı bağladılar, sənədlər istədilər. Müxtəlif kartların şəkilləri, kartlardan çıxarış, sorğu-sual... Sonra da yalandan, qaydalara zidd mərc etdiyimi deyib hesabımı blokladılar, udduğum 14 minin arxasına keçdilər. Heç bir halda hesabı geri qaytarmadılar”.
Camaatın ürəyi doludu. Başqa bir vətəndaş “BetPriz”də 10 AZN depozit edib, voleybolda “stavka” edərək balansını 3 gün ərzində 17 min manata qədər yüksəldib. Çıxarış verdikdə vətəndaşı incidiblər, ona gündəlik 300, 200, 100 manat çıxarmağa imkan yaradıblar, sonda 15 min manat qalarkən hesabı səbəb göstərmədən blok ediblər.
“MostBet” də fırıldaqda ad çıxarıb. Bu saxta şirkət bir nəfərin 39 min manatlıq uduşunu ödəməkdən imtina edib. Səbəb kimi oyunların guya satılmış olması göstərilib. Vətəndaş kuponun fotosunu paylaşaraq yazıb: “Bu şəkildə satılmış oyun görürsüz? Hamının pul yatırıb qazanacağı oyunlardı. Hələ “MostBet”in bir işçisinin hesabı oğurlamasını demirəm. Hesabı oğurlayıb, parolu dəyişib, indi isə hesab dondurulub. “MostBet” 10-12 günə cavab verəcəyini demişdi, indi də 60 günə cavab verəcəklərini deyirlər”.
Digər bir zərərçəkmiş yazır: “Mənə dərs olsun. Bir də belə saytlara güvənib mərc etmərəm. 732 AZN çıxarış etdim, imtina gəldi, sənəd təsdiqi istədilər. Halbuki keçən ay vəsiqə ilə selfi istəmişdilər, göndərmişdim, problem olmamışdı. Bu dəfə çıxarış məbləği yüksəldiyi üçün belə etdilər... Cünet Erten başda olmaqla bir qrup fırıldaqçını bu sektordan rədd etmək lazımdı. Hər kəs boykota başlasın. “BetPriz”, “Bahisden Bet”, “BetButa” – Azərbaycanda bu saytlar eyni adamındı, pulları yığıb qaçırlar, sonra başqa saytla bazara girirlər. Belə saxta oynamayın, daha bəsdir. Bu saytlar sizi ən çətin anda pis vəziyyətdə qoyub pulunuzu mənimsəyir. Mənə dərs olsun. Nə varsa ancaq “eTopaz” – dövlətin qanuni mərc saytı”.
Bunlar narazı müştərilərdən yalnız bir neçəsidi, oxşar nümunələr həddindən artıq çoxdu.

Другие новости этого раздела

TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı09 noyabr«TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?08 oktyabr«TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun05 oktyabr«Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!03 oktyabr«Qara Bazara» son zərbə22 sentyabrBakı sakini Topazda 250 000 manat uddu10 yanvarKubok oyunlarının favoritləri açıqlandı13 dekabrTopaz Qarabağın heç-heçə etməsinə daha çox inanır06 dekabrŞimali İrlandiya millimizlə matçın favoritidir11 noyabrQanunsuz mərc oyunlarına ciddi zərbə07 noyabrTopaz şəbəkəsini genişləndirir17 iyunTopaz da Qarabağı şanslı sayır25 mayBakılı sürücü Topazda 809 515 manat uddu10 fevralQəbələ Qarabağla İnterdən daha şanslıdır05 avqustTopaz klublarımızın ilk oyun üçün şanslarını dəyərləndirdi28 iyul
18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 
Arxiv
BAKU 2020
Neftchi fan shop