Millimiz Şimali İrlandiya ilə matçın favoritidi
9 oktyabr 2013 12:24
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı oyunlara pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan yığmasının Şimali İrlandiya ilə oyundakı şanslarını da dəyərləndirib.
Belə ki, “Topaz” oktyabrın 11-də keçiriləcək görüşdə komandamızı daha şanslı sayır. Qarşılaşma doğma meydanda keçirildiyi üçün, millimiz favorit göstərilir.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
11 oktyabr
Azərbaycan – Şimali İrlandiya 2.20 – 3.10 – 2.70