Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab matçından (2:1, ilk oyun 0:3) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Komandam qələbə qazanmaq üçün hər şey etdi. Amma müəyyən məqamlar var ki, bizə mane oldu. Kubokdakı bu yenilgi çempionatda bizə kömək edəcək. Bundan sonra yalnız çempionat haqda düşünəcəyik. Azarkeşlər bu il komandadan çox şey gözləyirlər. Ancaq rəhbərlik bizə inanır. Biz də etibar edən şəxslərin etimadını doğrultmağa çalışacağıq. Əlbəttə, son dövrlər sabit çıxış etmirik. Amma problemləri yoluna qoymağa çalışacağıq. Kimin qalıb, kimin gedəcəyinə hələ tam qərar verməmişik. Hər şeyə yaxın günlərdə aydınlıq gəlməlidir".