Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?
21 dekabr 2016 20:00
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab matçından (1:2, ilk oyun 3:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Hədəfimizə çatdıq, yarımfinala vəsiqə qazandıq. Bu, bizim üçün çox vacib idi. Futbolçularımı növbəti mərhələyə vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. Hətta rəqib hesabı açanda da tam arxayın idim. Bilirdim ki, 100 faiz mərhələ adlayacağıq. Sadəcə, futbolçularda arxayınlıq yaratmaq olmazdı. “Zirə” kimə 4 qol vurub ki, bizə də vursun?"