Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir keçiriləcək
21 dekabr 2016 11:20
AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin idman sarayında təşkil olunacaq oyunların təqvimi də bəllidir.
Həmin təqvimi diqqətinizə çatdırırıq:
22 dekabr
10:30. Açılış mərasimi
11:00. Şimşək - Birlik
12:00. Zirvə - Ümid
23 dekabr
10:00. Zirvə - Birlik
11:00. Şimşək - Ümid
27 dekabr
10:00. Şimşək - Zirvə
11:00. Ümid - Birlik
12:15. Mükafatlandırma mərasimi