Zaur Svanadze: 2:0 bizim arxayınlaşmağımıza səbəb olacaq nəticə deyil
21 dekabr 2016 00:05
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itki olmadığına görə şadam. Çətin oyuna hazırıq. Rəqib ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 2:0 bizim arxayınlaşmağımıza səbəb olacaq nəticə deyil. Əks halda bizim üçün böyük problem yarana bilər. Bunu anlayırıq və ciddi hazırlaşmışıq. Yarımfinala çıxmaq istəyirik".