Neftçinin 5 futbolçusu beynəlxalq turnirə yollanır
20 dekabr 2016 17:30
“Neftçi”nin 5 futbolçusu – İbrahim Əliyev, Pilağa Mehdiyev, Kamran İbrahimov, Rəhman Daşdəmirov və Bahadur Həziyev Azərbaycan U-19 yığma komandasına cəlb olunub. Azerisport.az xəbər verir ki, dekabr ayının 22-dən 30-dək və yanvarın 2-dən 7-dək Bakıda təlim-məşq toplanışı keçəcək yığma gələn ayın 7-dən 23-dək Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.