Rəşad Sadıqov: 34 yaşda ilin ən yaxşısı seçilməyim gözlənilməz oldu

Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov İAM-ın idman jurnalistləri arasında apardığı sorğuya əsasən ilin ən yaxşı futbolçusu seçilməsinə münasibət bildirib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
- Bu il mənim üçün uğurlu alındı. Klubumla çempionatın və kubokun qalibi oldum, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Azərbaycan yığması ilə seçmə mərhələdə 7 xal topladıq, qrupdan çıxmaq şansımızı saxlayırıq. 2016 karyeramda ən uğurlu illərdən biridir. Bu adı qazanmağa layiq başqa futbolçular da var iid. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Futbol kollektiv oyun olsa da, hər bir futbolçu şəxsi mükafatlar qazanmağı xoşlayır. 34 yaşımda belə bir uğur qazanmağım sevindirməyə bilməz. Məşqçilərimə və komanda yoldaşlarıma minnətdaram.
- Bəs şəxsən siz kimə səs verərdiniz?
- Belə oyunçular çoxdur. Mən Maksim Medvedevi, Kamran Ağayevi, Rəşad Sadiqovu, Qara Qarayevi qeyd edərdim. Bu mükafatı onlardan birinə verərdim.
- Belə uğurlar sizi daha da cavanlaşdırmır ki?
- Belə yaşda Azərbaycanın ən yaxşı olacağımı gözləmirdim. Sonuncu dəfə 32 yaşımda ən yaxşı seçilmişdim. Artıq beşinci belə uğura 34 yaşımda imza atdım. Samir Əliyev üç dəfə bu uğura imza atıb.
- Bəs sizcə, dünyada ilin yaxşısı kim olmalıdır - Messi ya Ronaldo?
- Bu, dad məsələsidir. Mənim portuqaliyalıya simpatiyam var. O, karyerasındakı uğurlara baxmayaraq, öz üzərində çalışmağa davam edir ki, yenə qələbələr qazansın. Amma ayrıca götürsək, şübhəsiz ki, Messi ən yaxşıdır.
- Sizin üçün bu ilin ən kritik məqamı hansı oldu?
- Norveç və "Höteborq"la oyunlar. İsveç klubunu keçə bilməsəydik, bizdə geriləmə baş verə bilərdi.
- DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq şanslarınızı necə qiymətləndirərdiniz?
- Bu yolda həlledici oyun Şimali İrlandiyaya qarşı olacaq. Onlara qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Üç xal qazansaq, DÇ-nin finalına çıxmaq yolunda önəmli şans əldə edəcəyik.
- Topaz Premyer Liqasının bu il üçün son turunda sizin xal itkinizdən "Qəbələ" maksimum yararlandı...
- Biz "İnter"lə oynayırdıq. Onlar liderə uduzmayıblar. Fikrimcə, rəqib bir xal qazandı. Oyundan sonra razı görünürdülər. Amma etiraf edim ki, meydançanı, rəqibi nəzərə alsaq, mən də heç-heçədən razı qaldım. Çempionatın üçüncü və dördüncü dövrəsi daha çətin keçəcək. Qoy güclü olan qalib gəlsin.