Oliver Lederer: Kəpəz ikinci hissədə bizi Bakıda nə gözlədiyini göstərdi
15 iyul 2016 13:00
Avstriyanın "Admira" klubunun baş məşqçisi Oliver Lederer Avropa Liqasının ikinci təsnifat mərhələsində "Kəpəz"ə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Komandamızda mərhələ adlamaq istəyi çoxdur. Amma buna nail olmağın asan olmayacağını da başa düşürük. Fasilədən sonra "Kəpəz" yaxşı oynadı. Onlar ikinci hissədə bizi Bakıda nə gözlədiyini göstərdilər. Bizi əsl döyüş qarşıda gözləyir. Bu oyuna kökləndiyimiz kimi hazırlaşa bilsək, fikrimcə, mərhələ adlaya bilərik. Amma istənilən halda bizi ağır 90 dəqiqə gözləyir".