Cəmil Hacıyev Sumqayıtla 2 illik müqavilə imzaladı
28 avqust 2014 13:03
Topaz Premyer Liqasında 2015/15 mövsümünün start götürməsinə baxmayaraq, "Sumqayıt" Futbol Klubu transfer çalışmalarını davam etdirməkdədi. Azerisport.az xəbər verir ki, sözügedən komanda son olaraq "İnter"də çıxış etmiş Cəmil Hacıyevi heyətinə qatıb.
20 yaşlı müdafiəçi "Sumqayıt"la 2 illik müqavilə imzalayıb.