XL Cahangir Həsənzadə ilə müqavilə imzaladı
22 avqust 2014 15:20
"Xəzər Lənkəran" Futbol Klubu təcrübəli qapıçı Cahangir Həsənzadəni heyətinə qatıb. Azerisport.az xəbər verir ki, son 5 mövsümü AZAL-ın heyətində keçirən qolkiper azad oyunçu statusu ilə bu komandaya qoşulub.
Cahangir Həsənzadə ilə "Xəzər Lənkəran" FK arasında 1 il müddətinə müqavilə imzalanıb. (klub saytı)