Xəzər Lənkəran dörd legionerindən imtina etdi
20 may 2014 15:22
“Xəzər Lənkəran” klubunun rəhbərliyi komandadan ayrılacaq futbolçuların siyahısını tərtib edib. Azerisport.az xəbər verir ki, Adrian Pit, Alvaro Silva, Nikolo Qliqorov və Deyvid Sakkoni “gəmiqayıranlar”la yollarını ayırıblar.
Zohair Benuai ilə müqavilə hələ qüvvədə olsa da, klub onunla da vidalaşacaq. Digər futbolçuların taleyinə isə baş məşqçi təyinatından sonra aydınlıq gələcək.