Qəbələnin Torpedo ilə oyunu baş tutmadı (YENİLƏNİB)
25 yanvar 2014 19:05
Bu gün “Qəbələ” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxmalıydı. Azerisport.az xəbər verir ki, Yuri Syominin yetirmələri Rusiyanın “Torpedo” komandası ilə qarşılaşacaqdı.
Lakin Antalyadakı əlverişsiz hava şəraiti səbəbindən bu qarşılaşmanın keçirilməməsinə qərar verilib.
Xatırladaq ki, buna qədər “radarlar” Türkiyənin “Maltepespor” (1:1), Qazaxıstanın “Spartak” (1:1) və “Tobol” (2:1), Türkiyənin “Konyaspor” (2:4), Rusiyanın “Volqa” (0:0) komandaları ilə qarşılaşmışdı.