Dənizli Allahverdiyevin XL-da oynamasını istəyir
29 dekabr 2013 01:43
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev böyük ehtimalla "Xəzər Lənkəran"a qayıdacaq. Azerisport.az xəbər verir ki, cənub klubunun baş məşqçisi Mustafa Dənizli millimizin üzvünü komandasında görmək istəyir.
Qeyd edək ki, Allahverdiyev müqavilə ilə "Xəzər Lənkəran"a məxsus olsa da, mövsümün ilk yarısında icarə əsasında "Qəbələ"də çıxış edirdi. Onun xidmətindən sabiq baş məşqçi Con Toşak imtina etmişdi. Amma indi Dənizli onun yenidən doğma klubuna qayıtmasını istəyir. Futbolçu özü "Qəbələ"də qalmağı arzulasa da, cənub təmsilçisi Allahverdiyevi də qış təlim-məşq toplanışına aparacaq.