Xəzər Lənkəran Radomir Todorovla yollarını ayırdı
25 dekabr 2013 14:00
“Xəzər Lənkəran” qış fasiləsi dönəmində daha bir futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, komandanın bolqarıstanlı müdafiəçisi Radomir Todorovla bu il başa çatan müqavilə yenilənməyib. Baş məşqçi Mustafa Dənizlinin istəyinə uyğun olaraq müqaviləsi yenilənməyən Radomir Todorova “Xəzər Lənkəran”dakı xidmətlərinə görə təşəkkür edilib, bundan sonrakı karyerasında klub adından uğurlar arzulanıb.
(Klub saytı)