Vidadi Rzayev Kəpəzə baş məşqçi təyin olundu
4 sentyabr 2013 17:03
Yeni mövsümdən Birinci Divizionda yarışacaq "Kəpəz" klubunun yeni baş məşqçisi məlum olub. Azerisport.az xəbər verir ki, baş məşqçi postu veteran futbolçu Vidadı Rzayevə həvalə olunub.
AFFA-nın Gəncə futbolu üzrə kuratoru Mehman Allahverdiyev səhər saatlarında Vidadi Rzayevlə görüşərək ona baş məşqçi olmağı təklif edib. Uzun müddətdir işsiz olan Rzayev təklifi qəbul edib.
“Mehman Allahverdiyev məni komandaya cəlb etdi. Təklifi qəbul edərək komanda üçün əlimdən gələni etməyə hazır olduğumu bildirdim. Sabah ilk məşqimiz olacaq. Heyətdə ancaq yerli futbolçular olacaq. Gəncə lazımi qədər yerli perspektivli futbolçular var. Kuratorun Mehman Allahverdiyev olması Gəncə futboluna yalnız xeyir verə bilər. Tez bir zamanda komandamız hazır olacaq”.