Quzanlı stadionu Qarabağ – Neftçı matçına hazırdı (FOTOLAR)
11 may 2011 21:37
“Qarabağ” Premyer Liqanın 31-ci turunda “Neftçi”ni qəbul edəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu cari mövsümdə baş tutacaq sonuncu ev oyununu Ağdamda, Quzanlı Olimpiya kompleksinin stadionunda keçirəcək.
Artıq Ağdamın müvəqqəti inzibati mərkəzi sayılan Quzanlıda oyunla bağlı işlər tamamlanaraq stadion hazır vəziyyətə gətirilib. “Qarabağ”ın 1 qrup nümayəndəsi artıq 1 həftəyə yaxındı ki, Quzanlıda məskunlaşıb. Olimpiya kompleksinin meydançasında yenidən bərpa işləri aparılıb, ot örtüyü təmamilə dəyişdirilib. Suraxanı qəsəbə stadionunda ölkənin ən yaxşı qazonunu formalaşdıran heyət Ağdamda eyni işləri müvəfəqiyyətlə yerinə yetirib. Artıq Ağdam və ətraf kəndlərə, Bərdəyə “Qarabağ” – “Neftçi” oyunuyla bağlı afişalar vurulub. Oyuna maraq yetərincədi. Matçın Azərbaycan derbisi olması da ajiotaja əlavə rəng qatır. Oyun günü tribunaların tam dolması gözlənilir. Hazırda hava şəraiti də ideala yaxındı. Son günlər hava şəraiti qeyri-qənaətbəxş olsa da, bu gün Quzanlıda günəşli hava şəraiti hökm sürüb. Təxminən 30 dərəcəlik hava hərarəti qəsəbədə pozitiv mühit yaradıb. Üstəlik, oyunla bağlı maraqlananlar stadiona gəlib göz oxşayan mənzərəni görüb, səbirsizliklə futbolu gözləyirlər.