Gəncə`də şok qərar: Fuad İsmayılovu Mehman Allahverdiyev əvəzlədi
18 mart 2011 20:08
"Gəncə" PFK-nın baş məşqçisi Fuad İsmayılov istefa verib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı klubun prezidenti Elmir Əliyev verib.
Onun sözlərinə görə doğma meydanda "Simurq" komandasına 0:1 hesabı ilə məğlub olduqdan sonra "Gəncə"nin baş məşqçisi bu postdan getməyi barədə qərar verib. Elmir Əliyev artıq İsmayılovun ərizəsinin qəbul olunduğunu, onun yerinə isə yeni baş məşqçinin təyin olunduğunu bildirib. "Gəncə" klubunun prezidentinin sözlərinə görə komandaya Mehman Allahverdiyev rəhbərlik edəcək.
Mənbə: PFL