Azərbaycan İrlandiyaya böyük hesabla uduzdu
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız İrlandiyanın Dublin şəhərindəki Tallaght stadionunda İrlandiya komandası ilə qarşılaşıb.
Qarşılaşma 3:0 hesabı ilə irlandiyalı futbolçuların xeyrinə başa çatıb.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu aprelin 5-də Polşa komandasına qarşı keçirmiş və oyunda hesab açılmamışdı.
Qrupda sonuncu rəqibimiz Almaniya yığması olacaq. Qarşılaşma aprelin 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Ötən gün qrupumuzdakı digər oyunda Almaniya Polşaya 3:1 hesabıyla qalib gəlib.
İrlandiya - Azərbaycan - 3:0 (1:0)
Qollar: Roma McLaughlin, 15. Hayley Nolan, 60-pen. Niamh Prior, 71.
İrlandiya: 16. Brooke Dunne, 2. Jamie Finn (11. Jessica Nolan, 56), 3. Niamh Prior, 5. Savannah McCarthy (k), 7. Keeva Keenan, 18. Niamh Nelson, 8. Roma McLaughlin (17. Megan Lynch, 72), 9. Hayley Nolan, 12. Lucy McCartan, 10. Jessica Gargan (13. Rachel Kearns, 46), 15. Dearbhaile Beirne.
Ehtiyat oyunçular: 1. Amanda McQuillan, 4. Chloe Moloney, 6. Evelyn Daly, 14. Sophie Watters.
Baş məşqçi: David Connell.
Azərbaycan: 1. Aytac Şərifova (k), 2. Diana Məmmədova, 5. Vesela Borukova, 6. Natalia Loa, 8. Malena Ortiz, 9. Yaiza Relea, 10. Nigar Cəlilli (15. Merve Özdemir, 65), 11. Kristina Bakarandze (7. Süsan Mənsimova, 83), 13. Aysun Əliyeva (16. Firəngiz Teymurova, 77), 14. Lucia Sanchez, 18. Samara Ortiz.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 3. Alina Michaelis, 4. Male Mollayeva, 17. Gizem Tenekeci.
Baş məşqçi: Patrisiya Qonzales.