Fotoreportaj|Video|На русском

Su idman növləri

İnna Osipenko-Radomskaya: Döyməni məhz çempion olduğum üçün etdirməmişəm

12 aprel 2016 12:20

Hazırda Azərbaycan milli komandasında çıxış edən, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 2 lisenziya qazanmış kayakçı, əslən ukraynalı olimpiya çempionu İnna Osipenko-Radomskaya müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Beynəlxalq Prezident Kuboku Reqatası Sizin üçün necə keçdi?
- Əla keçdi. Hər şey yaxşı idi. Düzdür, son yarış günündə hava əlverişli olmadı. Amma reqatanın ilk günündə - start xəttinə çıxdığımız vaxt günəşli hava hökm sürürdü. Bu, mənim üçün mövsümdə ilk reqata idi. Necə deyərlər, mövsümü açdıq.

- Qarşıda Sizi ciddi sınaqlar gözləyir. İlk növbədə, Dünya Kubokunun ilk 2 mərhələsi...
- Dünya Kuboku mərhələləri mənim üçün keçici yarışlar olacaq. Düzdür, çıxış edəcəyəm, amma xüsusi hazırlaşmayacağam. Formaya düşmək və uyğunlaşmaq baxımından əhəmiyyətlidir. Bir növ adi məşqlərdən psixoloji və özünü yarış stressi içərisində hiss etmə, beynəlxalq reqatada çıxış etmə, gələcəkdə nələr üzərində işləməyin vacibliyi baxımından fərqlənəcək. Amma gücümü medal üçün mübarizəyə həsr etməyəcəyəm. Çünki əsas "stavka"nı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qoyacağam. Yəni, mövsümün əsas yarışına doğru mərhələli şəkildə gedirik.

- "Bakı 2015" I Avropa Oyunlarında medal şansınızı son anda əldən verdiniz. Məlumdur ki, qısa məsafələrə yürüşlərdə mikrosaniyələr belə hər şeyi həll edir. Bu mənada, medal üçün nə çatmadı?
- Sözsüz ki, Avropa Oyunları mənim üçün vacib idi. Hər halda Azərbaycanı təmsil edirəm. Amma bunu da keçici yarış sayırdım. Çünki vəzifəm olimpiadaya lisenziya qazanmaqdan ibarət idi. Həyatımda elə hadisələr baş verdi ki, sadəcə, Avropa Oyunlarına fiziki cəhətdən hazırlaşa bilmədim. Elə bir vəzifə qoyulmamışdı ki, medal qazanım. Təbii ki, psixoloji cəhətdən qələbəyə ac, ambisiyalı idmançı kimi medal istərdim. İnkar etmirəm, medalsız qaldığım üçün pərişan oldum. Amma vəziyyəti adekvat qiymətləndirsəm, hazırlaşa, lazımi formanı yığa bilmədim. İstənilən halda əsas "stavka"m "Rio-2016" olaraq qalır.

- Ardıcıl 4-cü olimpiadaya yollanacaqsınız. Əvvəlki 3 Yay Olimpiya Oyunlarında medal qazanmısınız. Amma "Rio-2016"da qızıl medal qazansanız, bu, "Pekin-2008"dən sonra ikinci olimpiya çempionluğunuz, eyni zamanda Azərbaycan millisində ilk titulunuz olacaq...
- Mən gücümün 100 faizini, istəyimi, əməyimi sərf edəcəyəm ki, nəticə göstərim, çempion olum, medal qazanım və ölkə bayrağını ucaldım.

- Bu halda kanoeçi Valentin Demyanenko kimi Sizin də Azərbaycanın avarçəkmə növlərində ilk medalçısı kimi tarixə düşmə şansınız var...
- Demyanenko özünə görə istedad sahibidir. Mənim dostumdur. Ona inanıram. Fikrimcə, olimpiya medalı üçün mübarizə aparacaq. Ötən il dünya çempionatında layiqli çıxış etdik. Əsas vəsifə lisenziya qazanmaq idi. Biz bu vəzifəni yerinə yetirdik. Hazırda mən Mingəçevirdə, o isə Belarusda hazırlıq keçir. Hər birimizin olimpiadada qələbəyə ümidimiz var.

- "Rio-2016"ya həm 500 metr, həm də 200 metr məsafəyə yürüşlərdə lisenziya qazanmısınız. Bir məsafədə daha yaxşı çıxış etmək və diqqətinizi yalnız həmin məsafəyə yönəltmək üçün digər məsafəni kayakçı komanda yoldaşlarınızdan birinə vermək fikriniz var?
- İş ondadır ki, əsas gücümü 500 metr məsafəyə yönəltmişəm. Bu məsafəyə yürüş isə birinci başlayacaq. Buna görə də sakitcə yürüşə qatıla, sonra isə 200 metr məsafədə də medal qazanmağı sınaqdan çıxara bilərəm. Nəyə görə də yox? Yəni, iki məsafəyə yürüşün mənə maneçiliyi, mənfi təsiri olmayacaq. "London-2012"də də 2 məsafədə çıxış etmişdim. Ora gedərkən, artıq olimpiya çempionu statusunda idim. Ona görə də 2 məsafədə çıxış etmək mənə maraqlı gəlirdi və qarşıma 2 medal qazanma vəzifəsi qoymuşdum. Düzdür, yenidən olimpiya çempionu ola bilmədiyim üçün təəssüfləndim. Amma əvəzində qadınlar arasında 1 nəfərlik qayıqla 2 olimpiya medalı qazanan ilk kayakçı kimi tarixə düşdüm. Mənədək heç kim bu nailiyyətə imza atmamışdı. Mən Londonda 2 dəfə fəxri kürsüyə gümüş medalçı kimi qalxdım. Bundan məmnunluq hissi keçirdim. Hətta medallar bürünc əyarlı olsaydılar belə, mənim üçün qaneedici sayılacaqdı. Çünki məhz 2 medaldır, əyarı önəmli deyil. Təbii ki, hər bir idmançı ən yüksəkdə olmaq istəyir. Amma idmanda hər şey baş verir: Hansısa zədələr mane olur, stress, psixologiya çox ağır təsir göstərir. İstənilən halda, güclü qalib gəlir.

- Qollarınızdan birində olimpiya halqalarında ibarət döymə var. "Rio-2016"da da çempion olsanız, digər qolunuza da döymə etmə və ya hər hansı xüsusi vəd vermək fikriniz yoxdur?
- Döyməni məhz çempion olduğum üçün etdirməmişəm. Sadəcə, məşğul olduğum və sevdiyim sahədə ən yaxşısını gerçəkləşdirmək, gənc nəslə nümunə olmaq və istək varsa, idmanda hər şeyin mümkünlüyünü sübuta yetirmək istəyirəm.

- "Rio-2016" Sizin üçün sonuncu olimpiada olacaq?
- Bilmirəm, öncədən fikir səsləndirmək istəmirəm. Yenicə "Çempionlar: Sürətli. Uca. Güclü" adlı film ərsəyə gəlib. Filmdə 3 olimpiya çempionu - idman gimnastikası Svetlana Xorkina, üzgüçü Aleksandr Popov və güləşçi Aleksandr Karelinin olimpiadadan-olimpiadaya gedən yolundan bəhs edilir. Həmin filmə baxdıqda özümü gördüm. Çünki mənim də çiyinlərimdə 4 olimpiada var. Baxsanız, filmdə sualınıza cavab tapa bilərsiniz.

AMAF-ın mətbuat xidməti

Baxılıb: 641
22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin16:20 Mütəmadi oynamaq üçün 6 min kilometr uzaqdakı Bakıya16:10 İnterin yeni prezidentindən komandaya təbrik15:30 Zaur Svanadze: Uşaqlar əzmkarlıq göstərdilər15:00 Şəmkir daha bir futbolçu transfer etdi
BAKU 2020
Neftchi fan shop