Fotoreportaj|Video|На русском

Su idman növləri

Bakıda İCF-nin Konqresi işə başlayıb

24 noyabr 2016 12:40

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb. Azerisport.az xəbər verir ki, "Bolevard Hotel"də təşkil olunan tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılıb. Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. İCF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edib.
Proqrama əsasən, tədbirin ilk günündə Növbədənkənar Konqres keçirilib.

Konqresi İCF prezidenti Xose Perurena Lopez açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra bu il ərzində kanoe ailəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan olunub.

Ardınca Xose Perurana Lopez sözü Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova verib.

E.Zeynalov qonaqları salamladıqdan sonra Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. O vurğulayıb ki, 10 illiyini qeyd edən AMAF geridə qalan müddətdə kifayət qədər uğur qazanıb: “AMAF 2006-cı ildə yaranıb. Bu il 10 illiyimizi qeyd edirik. Geridə qalan müddətdə ölkəmizdə bu idman növünün inkişafına, nüfuzunun artırılmasna, infrastrukturun yaradılmasına diqqət yetirmişik. İdmançılarımız da kifayət qədər uğurlu nəticələr əldə ediblər. 2009-cu ildə ilk yerli avarçəkmə komandamız dünya və Avropa çempionatlarında medal qazanıb. Bu il Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında qazancımız isə gümüş və bürünc medal olub. Ümumilikdə, 10 il ərzində idmançılarımız beynəlxalq arenada 17 qızıl, 24 gümüş və 13 bürünc medal qazanıblar. Ölkəmizdə bu idman növünün inkişafı üçün səmərəli işlər davam etdirilməkdədir”.

İCF prezidenti qeyd edib ki, bu Konqresdə qurumun strukturu müzakirə ediləcək. Burada İCF-nin yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə, Nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirə və səsvermə olacaq.

Konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir. Bundan başqa İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014 - 2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016 - 2018-ci illəri əhatə edən dövr üçün Növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.

Qeyd edək ki, İCF Konqresində Azərbaycan Milli Avarçəkmə Federasiyasını qurumun prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edəcək.
Tədbirə noyabrın 26-da yekun vurulacaq.

Другие новости этого раздела

Bakıda İCF prezidenti seçkisi keçirilib25 noyabrBakıda avarçəkmə yarışları üçün kanal tikiləcək25 noyabrAzad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir25 noyabrBeynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək23 noyabrAzərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu24 oktyabrValentin Demyanenko: Daha artığına layiq idim28 avqust"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"24 avqustAzərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular31 iyulAzərbaycanın 3 kayakçı və kanoeçisi DÇ-nin yarımfinalına vəsiqə qazanıb30 iyulAzərbaycanın iki kanoeçisi DÇ-də mübarizəni dayandırdı28 iyulAzərbaycan kanoeçisi dünya çempionatında yarımfinala yüksəlib28 iyulMinskdə dünya çempionatı başlayır: 4 idmançımız üçün şans27 iyulİdmançılarımız AÇ-də uğur qazana bilmədilər19 iyulKayakçı və kanoeçilərimiz AÇ-də mübarizəyə başlayır14 iyulAzərbaycan yığmasının sabiq üzvü Avropa çempionu oldu27 iyun
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop