Fotoreportaj|Video|На русском

Su idman növləri

Valentin Demyanenko: Daha artığına layiq idim

28 avqust 2016 00:15

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib. Azerisport.az xəbər verir ki, 33 yaşlı idmançı əvvəlcə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmiləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.

Daha sonra V.Demyanenko Mingəçevirin idman ictimaiyyəti, gənc avarçəkənləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib. Bu vaxt o, olimpiadada qazandığı medalı yeniyetmə avarçəkənin boynundan asıb. 

Daha sonra tanınmış idmançı AMAF-ın vitse-prezidenti Natiq Abbasov və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında təcrübəli kanoeçinin anası Vera Demyanenko da iştirak edib. İdmançı və anası yaradılan şəraitə görə, Azərbaycan prezidenti İlham Əliyevə, gənclər və idman naziri Azad Rəhimova, AMAF prezidenti Elçin Zeynalova, "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

"Bütün idmançılar kimi mən də olimpiadada qızıl medal qazanmaq istəyirdim. Amma yekunda gümüşlə kifayətləndim. Bu nəticəni layiqli hesab edirəm” deyən V.Demyanenko olimpiadada qızıl deyil, gümüş medal qazanmasının səbəbini belə izah edib: "Finalda hər şey qaydasında idi. Qalib olmağım üçün 0,2 saniyə çatmadı. 7 santimetr məsafə gümüş medalla kifayətlənməyimə səbəb oldu".

Təcrübəli idmançı qazandığı uğuru maksimum nəticə hesab etmir: "Mənim üçün maksimum nəticə qızıl medal olardı. Qazandığım nəticədən daha artığına layiq idim. Həm Londonda, həm də Rioda çempion olmaq gücündəydim. Amma sonda gümüş medal qazandım".

O qeyd edib ki, hazırda istirahət barədə düşünür: "Olimpiadada istədiyimə nail oldum, medal qazandım. İndi istirahət etməliyəm. Ukraynaya yollanacağam. Ukraynanılar arasında da qazandığım nəticəyə görə sevinənlər var. Amma onlar daha çox öz çempionlarına görə sevinirlər".

33 yaşlı idmançı hələlik gələcək karyerası haqqında qərar qəbul etmədiyini vurğulayıb: "Növbəti olimpiadada iştirak edib-etməyəcəyimi indidən deyə bilmərəm. Karyeramı davam etdirib-etdirməyəcəyim hələ məlum deyil. Lakin istənilən halda, karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Çünki bütün həyatımı bu idman növsünə həsr etmişəm. Məşqçilərimdən çox şey öyrənmişəm. Onlarən hər biri mənə çox kömək ediblər".

Demyanenko vaxtı ilə Azərbaycan yığmasında birgə çalışdığı Andrey Kraytorla münasibətlərindən də söz açıb: "Ona qarşı münasibətim hamı kimidi. Hər şey normaldı. İdmanda düşmən olmur. Heç bir rəqibim arasında fərq qoymuram".

Əslən ukraynalı olan idmançı Azərbaycan dilində anladığını söyləyib: "Artıq 9 ildir burada yaşayıram. Azərbaycan dilini müəyyən qədər başa düşürəm, bəzi sözlərin mənasını bilirəm. Təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm".

Sonda Demyanenko qazandığı olimpiya medalın rolu olan hər kəsə təşəkkür edib: “Mənə dəstək olan hər kəs sağ olsun. 9 il ərzində uzun yol qət etmişik. Yekunda olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə kömək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həmçinin “Kür” Olimpiya Tədris İdman Mərkəzinin rəsmisi Rəhman Xanlarovun adını çəkmək istərdim. O, Mingəçevirə gəldiyim ilk gündən mənə dəstək olub, bütün işlərdə yardımçı olub”.

"Azərbaycan Milli Avarçəkmə Federasiyası 2007-ci ildə yaradılıb. Həmin vaxtdan etibarən 3 idman növü - kayak, kanoe və avarçəkmə üzrə xaricdən məşqçilər ölkəmizə dəvət olunub, idmançılar hazırlanıb. Mingəçevir şəhərində Kür çayının üzərində və Bakı şəhərində bu idman növü üzrə məşqlər, yarışlar keçirilməyə başlayıb. Artıq bu gün Azərbaycanda yüzlərlə gənc avarçəkmə ilə məşğul olur".

Bunu isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov deyib.

N.Abbasov kanoeçimiz Valentin Demyanenkonun Rioda gümüş medal qazanmasına belə münasibət bildirib: “Demyanenko 2007-ci ildən yığmamızın üzvüdü, kanoe yarışlarında Azərbaycanı təmsil edir. 4 qat dünya, 4 qat Avropa çempionudur. Bir neçə dəfə Dünya Kubokuna sahib çıxıb. Daha əvvəl ölkəmizi London olimpiadası və Bakı 2015 Avropa Oyunlarında da təmsil edib. Avropa Oyunlarında ikinci olmuşdu. Rioda isə karyerasının ən böyük uğuruna imza atdı. Gərgin mübarizədə Demyanenko arzuladığımız nəticəyə nail oldu”.

Abbasov Demyanenkonun Mingəçevirdə hər kəs tərəfindən sevildiyini qeyd edib: “Valentin artıq 9 ildir ki, Mingəçevirdə yaşayır. Burada onu balacadan böyüyə hər kəs tanıyır, sevir. O, Mingəçevir şəhərinin fəxridir. Bu gün keçirilən görüşdə də sıravi vətəndaşların ona olan sevgisinə şahid oldunuz”.

Federasiya rəsmisi Demyanenkonun olimpiya çempionu ola bilməməsini bəxtsizliklə əlaqələndirib: “Bu günə kimi avarçəkmədə Azərbaycanda Demyanenko kimi güclü idmançı görməmişəm. Heç kim onun nəticələrinə yaxın dura bilmir. London olimpiadasından öncə reytinqdə birinci idi. Olimpiadanın qalibi olmalı idi. Hamı onu gələcək olimpiya çempionu kimi təqdim edirdi. Lakin bəxtsizliklə üzləşdi. Finala 1 gün qalmış ehtiyatsızlıqdan zədə aldı. Bu dəfə də sonda qalib olan Yuri Çebandan üstün idi. Yarımfinalda ona qalib gəlmişdi. Hətta deyim ki, olimpiadada son anda iştirak hüququ qazanan Çebanın adı əvvəlcə finalçılar arasında yox idi. Amma qadın idmançımız İnna Osipenko-Radomskaya ona hakimlərə müraciət etməyi məsləhət gördü. Belədə Çebanın etirazı qəbul edildi və finala vəsiqə qazanmaqla sonda qalib oldu. Hamı Çebanı şanslı idmançı kimi tanıyır. İnanıram ki, Demyanenko 37 yaşında olimpiya çempionu ola bilər”.

Natiq Abbasov Azərbaycanda yetişən gənc idmançılardan da söz açıb: “Gələcəkdə Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur gözləyirik. Onların idmançı karyeralarının parlaq alınacağına ümidimiz var. Hazırda gəncdirlər, potensilları var. Eləcə də bəzi legionerlərlə hazırda danışıqlar aparırıq. Amma Azərbaycanda qadın idmançı tapmaq çətindir. İdmançılar var, amma gənclərdirlər. Radomskaya gələcəkdə burada məşqçi kimi fəaliyyət göstərə bilər”.

Natiq Abbasov federasiyanın üzləşdiyi çətinliklərə də toxunub: “Müəyyən çətinliklərimiz var. Avarçəkmə xüsusi idman növüdür. Futbolla küçədə, güləşlə zalda məşğul olurlar. Amma bizdə vəziyyət fərqlidir. Müəyyən xüsusi qayıqlar lazımdır. Ümumiyyətlə, tələblər çoxdu. Məşq üçün ancaq 1 yerdə, Mingəçevirdə şərait var. Buna baxmayaraq, növbəti olimpiadada ən azı budəfəki nailiyyətləri təkrarlamalıyıq”.

"Azərbaycan xalqına minnətdaram. Məhz sizlərin sayəsində oğlum olimpiadada gümüş medal qazandı". Bu sözləri isə Valentin Demyanenkonun anası Vera Demyanenko deyib.

O, oğlunun uşaqlıqdan liderlik keyfiyyətlərinə sahib olduğunu bildirib: "Oğlum uşaqlıqdan lider olub. Əvvəlcə skripka ilə məşğul olub. Amma sona qədər hövsələsi çatmadı. Sonra müxtəlif idman növləri ilə məşğul oldu. 5 yaşından üzgüçülüyə başladı. Sonra kaneo ilə maraqlandı. Bu idman növünə təzə maraq göstərəndə müəlimi bildirdi ki, Valentin gələcək çempiondu. Elə də alındı. Oğlumla fəxr edirəm”. 

Sonda jurnalistlər idman qurğusunda yaradılan şəraitlə tanış olub, uşaq və yeniyetmə avarçəkənlərin məşqini izləyiblər.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah