Teymurla Raufdan heç-heçəyə şərh
ShamkirChess 2016 superturnirinin II turunda Azərbaycan şahmatçıları Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. Azerisport.az xəbər verir ki, Partiyadan sonra şahmatçılar oyun haqda danışıb.
Teymur Rəcəbov klassik şahmatda Raufla o qədər də çox oyun keçirmədiyini bildirib: "Rauf Məmmədovla o qədər çox oynamamışıq. 4 yaşından şahmatdayam, bəlkə də yadımda qalmayıb. Bir-birimizlə oyunların fərqini bilmirəm. Məmmədovla bu günki oyun bərabər alındı. Demək olar ki, üstünlük görsənmirdi".
Azərbaycan şahmatçısı Rauf Məmmədov isə klassik şahmatdan çox blits oynamağı xoşladığını dedi: "Teymur kimi şahmatçıya qarşı diqqətli oynamaq vacibdir. Debüt normal oldu. Sadəcə üstünlük əldə etmək mümkün deyildi. Rəcəbov çox diqqətli idi. Onunla o qədər çox oynamamışıq. Ümumiyyətlə klassik şahmatdan çox blits oynamağı sevirəm. Klassik şahmat 4 saat davam edir, blits isə 10 dəqiqə. Vaxt cəhətdən də raha oynamaq olur".