Fotoreportaj|Video|На русском

Şahmat

Fikrət Sideifzadə: İstənilən rəqibə qarşı oynaya bilərik

9 sentyabr 2016 23:00

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının 7-ci turunda qadınlardan ibarət əsas komandamız güclü Hindistan yığmasını məğlub edib. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra millimizin kapitanı Fikrət Sideifzadə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandırıb:

- 7 turdan sonra komandamızın ümumi çıxışını necə dəyərləndirmək olar?
- Gözləniləndən daha yaxşı oynayırıq. Komandamızın çıxışından çox razı razıyam. 5 şahmatçının hər biri əlindən gələni edir. Bu nəticələr yaxşı mənada bir qədər gözlənilməzdir. Hindistan, Polşa kimi dünyanın ən güclülərindən hesab olunan komandalar üzərində qələbə qazanmışıq. Qarşıda hələ 4 tur var. Ən vacib son 4 oyundur. Qızların hamısı özünü yaxşı tərəfdən göstərir. Hələlik əsas favoritlər - Ukrayna, Rusiya və Çinlə görüşməmişik. Lakin birinci “10-luq”da yer alan komandalardan 5-i ilə qarşılaşmışıq və onların heç birinə uduzmamışıq. İstənilən rəqibə qarşı oynaya bilərik.

- Uğurun sirri nədədir?
- Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman nazirliyi komanda üçün çox yaxşı hazırlıq təşkil etmişdi. Proqrama əsasən 3 dəfə toplanış keçdik. Gündə 6 saat məşq olurdu. Heyətin düzgün seçilməsi də bəhrəsini verir. Düzülüşdən tam razıyam. İstədiyimiz nəticələri ala bilirik. Heyətdə 2 gənc şahmatçı var. Günay Məmmədzadə və Aydan Höccətova bu ildən komandaya qatılıblar. Heyətdə mütləq yenilənmə olmalıdır. Gənclər böyük qüvvə ilə oynayırlar. Bir sözlə, son 4 turu böyük həyəcanla gözləyirik. İnanırıq ki, qızlar başladıqları kimi də turniri uğurla bitirəcəklər.

- Günay Məmmədzadə və Aydan Höccətovanı qeyd etdiniz. Gənc şahmatçıların heyətdə yer alması risk deyildi ki?
- Bunu risk hesab etmirəm. Son illər onların hər ikisi nəticələri ilə güclü şahmatçı olduqlarını sübut ediblər. Avropa və dünya çempionatlarında uğur qazanıblar, təsadüfi şahmatçı deyillər. Əmsalları da kifayət qədər yüksəkdilər. Onların heyətə daxil edilmələri düzgün və vaxtında verilmiş qərar idi.

- Ölkə çempionu olan Nərmin Kazımovanın dördüncü lövhədə yer alması da bir qədər gözlənilməz oldu.
- Düzdür, o, son ölkə çempionu olsa da, 1 yarışla iş bitmir. Hazırlıq dövründə şahmatçıların son illərdəki çıxışları təhlil etdik. Komanda yarışının öz xüsusiyyətləri var. Həddindən artıq həyəcana düşən idmançı komandaya pis təsir edir. Nərmin kimdənsə zəif deyil. Sadəcə, belə düşündük ki, onun dördüncü lövhədə çıxış etməsi məqsədəuyğundur.

- Ardıcıl güclü komandalarla qarşılaşma şahmatçılarımızda yorğunluq yaratmayıb?
- Yavaş-yavaş yorğunluq hiss olunur. Şübhəsiz, fasiləsiz oynamaq çətindir. Həm də ilk 2 turu nəzərə almasaq, ardıcıl güclü komandalarla qarşılaşmışıq. Hamısı reytinqdə bizdən öndə olan komandalardır. Ümid edirəm ki, şahmatçılarımızın sona qədər mübarizə aparmağa gücləri çatacaq. Gəncdirlər, qüvvələri çoxdur.

- Zeynəb Məmmədyarova birinci lövhədə ümidlərinizi doğruldur?
- Zeynəbə birinci lövhədə yer verəndə bəziləri bu qərara görə məni qınayırdı. Amma o, geridə qalan müddətdə ümidlərimizi doğruldur. Zeynəb ilk lövhədə çox yaxşı oynayır. Xüsusən də komanda yarışlarında. Böyük təcrübəsi var və heç bir rəqibdən qorxmur. Əsas məqsədimiz ilk 2 lövhədə uduzmamaq, son 2 lövhədə isə mümkün qədər çox xal qazanmaqdır. Hələ ki, bu taktikamız özünü doğruldur.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah