Azad Rəhimovla Kirsan İlyumjinov şahmat oynadı
25 may 2016 00:05
FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovla şahmat oynayıb. Azerisport.az xəbər verir ki, ağ fiqurlarla oynayan Beynəlxalq Şahmat Federasiyasının rəhbəriylə nazirin partiyasında qalib olmayıb.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, partiya heç-heçəylə başa çatıb.
Qeyd edək ki, 2015-ci ilin sentyabrında da Gənclər və idman naziri Azad Rəhimov FİDE prezidentiylə şahmat oynamışdı. O zaman da görüş heç-heçəylə yekunlaşmışdı.