Şəhriyar Məmmədyarov: Həşimov millidə olanda heç bir əcnəbi şahmatçıya ehtiyac olmayıb
Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov bəyan edib ki, Vüqar Həşimov millidə olanda heç bir əcnəbi şahmatçıya ehtiyac olmurdu. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan millisində reytinqi 2700-dən yuxarı olan üç şahmatçı olub. Mən, Teymur Rəcəbov və Vüqar Həşimov. Təəssüf ki, Həşimovun vaxtsız vəfatı hamımıza təsir etdi. Sözsüz ki, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli də komandamızın üzvləridir. Onların uğurlarımızda payı az deyil. Lakin Vüqarın vəfatından sonra onun yerini heç kim tuta bilmədi. Qədir, Rauf və Eltacdan böyük nəticələr gözləyirik. Amma indiki zamanda millidə iki 2700-dən yuxarı reytinqi olan şahmatçı var, ona görə bir qədər çətindir. Həşimov millidə olanda heç vaxt legionerə ehtiyacımız olmayıb".