Rauf Məmmədov: Naydiçlə bağlı xəbəri şərh etmək düzgün olmaz
7 iyul 2015 00:10
Azərbaycan millisinin üzvü, Avropa çempionu Rauf Məmmədov alman şahmatçısı Arkadi Naydiçin yığmamızın şərəfini qorumağa razılıq verməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında Məmmədov xəbəri mətbuatdan oxuduğunu deyib:
"Arkadi Naydiçlə bağlı xəbəri mətbuatdan öyrənmişəm. Onun Azərbaycan millisində çıxış edəcəyini şərh etməyim düzgün olmaz. Sadəcə, uğurlar arzulayıram".