Arkadi Naydiç Bakıya gəldi, "azərbaycanlı" oldu
6 iyul 2015 12:15
Almaniya yığmasının şahmatçısı Arkadi Naydiç Bakıda olub. Azerisport.az xəbər verir ki, qısa müddətli səfər zamanı qrossmeyster Azərbaycan Şahmat Federasiyasının rəsmiləriylə görüşərək əməkdaşlıq müqaviləsinə imza atıb. Səfər müddətində Naydiçin hansı yarışlarda Azərbaycan millisinin şərəfini qoruyacağı müzakirə edilib.
Qeyd edək ki, uzun müddət Almaniya yığmasını təmsil edən Arkadi Naydiç cari ildən Azərbaycan millisində çıxış edəcək. Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Naydiçin millimizdə payızda baş tutacaq komandalar arasında Avropa çempionatında debüt edəcəyi gözlənilir.