Xalifman millidə qalacaq
18 aprel 2015 18:00
Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksandr Xalifmanla danışıqlara başlayıb. Azerisport.az xəbər verir ki, Federasiya Xalifmanla yeni müqavilə imzalamaq barədə düşünür.
Qeyd edək ki, ilin sonunda Azərbaycan millisi komandalar arasında Avropa çempionatında iştirak edəcək. Həmin yarışa yığma Xalifmanın rəhbərliyi altında hazırlaşacaq.