Yığma üzvləri yeniyetmələrə seans keçəcək
29 iyul 2014 00:45
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması görkəmli şahmatçımız Vüqar Həşimovun xatirə turnirində qonaq olacaq. Azerisport.az xəbər verir ki, bu gün saat 17:00-dan etibarən qrossmeysterlərimiz yeniyetmələrə seans keçəcək.
Yığmanın üzvlərindən Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli seansda iştirak edəcək. Qeyd edək ki, Vüqar Həşimovun xatirə turniri avqustun 1-də başa çatacaq.