Yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatdı
İsmayilli Olimpiada Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatıb. Azerisport.az xəbər verir ki, “A” və “B” qrupları üzrə keçirilən yarışda 543 idmançı respublikanın 60-dan artıq şəhər və rayonunu təmsil edirdilər. Yarışlar 12 yaşadək idmançılar arasında “B” və 12 yaşdan yuxarı idmançılar arasında “A” qrupları üzrə keçirilirdi.
“A” qrupunda, sonuncu turda Məmmədov Qulamla xalları yarı bölən Naxçıvan şahmatçısı –Pərviz Həşimov aktivinə 9.5 xal yazaraq olimpiadanın qalibi adını qazandı. Mustafin Andrey, Rəhimli İlkin, Məmmədov Qulam, Hüseynzadə Ceyhun, Feyzullayev Tofiq və İsgəndərov Şəhriyar hərəyə 8.5 xal toplayaraq 2-6-cı yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə,Mustafin Andrey olimpiadanın ikincisi, Rəhimli İlkin isə üçüncüsü oldu.
”B” qrupunda isə Sumqayıt şahmatçısı Murad İbrahimli 11 oyundan 11 xal toplayaraq 100 faizlik nəticə göstərib.Sadiq Məmmədov (NM), Xəzər Babazadə (Biləsuvar), Rahim Əliyev,Sahil Mehrəliyev Fərid Aslanov(hər üçü Sumqayıt),Məhəmməd İsmayılov və Atilla Eynullayev (Bakı) 9 xal toplayaraq 2-8-ci yerləri bölüşdürüblər.
Olimpiada İsveçrə sistemi üzrə keçirilirdi və 11 turdan ibarət idi.